İŞİD-in Ramazan qadağaları

11:50 | 23.06.2015
İŞİD-in Ramazan qadağaları

İŞİD-in Ramazan qadağaları

Mosulda Ramazan ayı: İŞİD nərdi, dominonu və duaları qadağan edib

Mosul sakinləri üçün həyat bir il əvvəldən – İŞID yaraqlıları İraqın şimalındakı bu şəhəri ələ keçirəndən çox çətinləşib.

Amma həyat bu ekstremist sünni qruplaşmasının müqəddəs Ramazan ayında tətbiq  etdiyi qadağalardan sonra daha da ağırlaşıb.

İŞİD dini alimləri Ramazan ayının ənənəvi ayinlərinin bir çoxunu qanundankənar elan ediblər. Bu ayinlər ekstremist qruplaşmanın barışmaz movqeyinə zidd hesab edilib.

İraqın "Hamrin News” saytının verdiyi məlumata görə, bu qadağalar arasında domino və nərd oynamaq da var.

Bunda başqa, İraqda ənənəvi oyunlardan mahibs də qadağandır. Bu oyunu iki komanda növbə ilə, əllərində üzük gizlədərək oynayırlar. Rəqib komanda isə üzüyün kimin əlində olmasını tapmağa cəhd edir. Sonda oyunçular bir yerdə konfet və sərinləşdirici içkilər əldə edirlər.

Bütün bu qadağalarla yanaşı Mosul əhalisi vaxtlarını şən keçirmələri üçün güləş və qaçış yarışları təşkil edirlər.

Ekstremist qruplaşma qadınların bəzi azadlıqlarının axırına çıxıblar. Daha Mosul qadınları iftara qədər evlərindən bayıra çıxa bilməzlər.

Daha bir qadağa ərzaq mağazaları üçündür. Onlar ancaq iftardan sonra açıq ola bilərlər.

İSLAM AYİNLƏRİNİN TƏFTİŞİ

Mağazaların bağlanması, oyunlara və qadınların azadlıqlarına qadağalar görünür, sosial nəzarətin daha bir formasıdır.

Amma Mosuldakı Ramazanla bağlı qadağa fərmanları, İslam ayinlərinin yüksək səviyyədə təftişi ilə silahlı qruplaşma rəhbərləri təbəələrində olanlara təlqin etmək istəyirlər ki, bütün bunlar İslamın ilkin formasına qayıdışdır.

Ramazan ayinlərindən kənara çıxmaların ilkin nişanəsi elə müqəddəs ayın ilk həftəsindəcə göründü. İŞİD elan etdi ki, onun nəzarətində olan ərazilər müqəddəs aya iyunun 19-da başlayacaq. Başqa sünnilər ilk Ramazan ayininə iyunun 18-dən başlayıblar.

Mosuldakı Ramazan fərmanlarından biri də müqəddəs ayda qılınan namazların üslubunun dəyişilməsidir.

İŞİD sünnilərin Teravih namazını qadağan edir

Teravih namazı müsəlmanlar üçün vacib sayılmır, onu günün sonunda Salat al-Isha –dan sonra edirdilər. Bu dua vacib olmasa da, bir çox sünnilər üçün, təmiz vicdanlılığın təcəssümü olaraq, bəzi sünni alimlər tərəfindən, o cümlədən Səudiyyə Ərəbistanı alimləri tərəfindən tövsiyə olunur.

İŞİD Teravih duasını "Bid'ah” elan edib. Bu islami termin innovasiya və yenilik kimi başa düşülür.

London Kral kollecinin islam üzrə eksperti Carool Kersten bildirir ki, Teravih-in qadağan olunması bu qruplaşmanın necə dar düşüncəyə malik olmasının göstəricisidir.

"Azad İraq” radiosu xəbər verir ki , səkkiz şeyxdən ibarət qrup iyunun 21-də hamının gözü qarşısında cəzalandırılıb. Carool Kersten-in fikrincə, İŞİD-in son addımı Mosulda müsəlmanları narazı salacaq. Və bu qadağa başqa sünni alimlər tərəfindən güclü etiraza səbəb olacaq. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM