Bu günlərdə məşhur Britaniya qəzeti "The Daily Mail"in saytında dərc olunan məqalə 15 yaşlı qızın İŞİD terrorçularının əsarətində olarkən başına gələn dəhşətli hadisələrdən bəhs edir. ANN.Az həmin məqaləni oxucuların diqqətinə təqdim edir:
"Əsir düşmüş 15 yaşlı yezid qızı onu qul kimi satın almış hər iki ərindən qaçıb canını qurtarmağa nail olub. O, bunu etmək üçün yuxu dərmanlarından, hətta silahdan da istifadə etmək məcburiyyətinə qalıb.Bu yeniyetmə qız İŞİD ekstremistlərinin oğurladığı minlərlə qadından biridir. Amma o, ailəsini təqiblərdən qorumaq üçün adının anonim qalmasını xahiş edir.Yezidi qız danışır ki, qadınların və qızların alqı-satqı obyektinə çevrildiyi mühitdən canını güclə qurtarıb. Bundan başqa terrorçular qadınları müntəzəm olaraq zorlayırdılar. Müxtəlif yollarla əsarətdən canlarını qurtaran, yaxud evlərinə zəng vurmağa imkan tapan qızların sözlərinə görə, İŞİD yaraqlılarının qurbanları arasında hətta 5 yaşlı qız uşaqları da var. 15 yaşlı yezidi qızın sözlərinə görə, İŞİD yaraqlıları digər qızlarla birlikdə onu da əsir götürdükdən sonra qonşu Tal Afar şəhərinə aparıblar. ABŞ qırıcıları həmin şəhərə hava zərbələri endirənə qədər onları bu şəhərdə - türmədə saxlayıblar.Sonra döyüşçülər onu və bir çox başqa qızları İŞİD döyüşçülərinin daha çox cəmləşdiyi Mosul şəhərinə gətiriblər."Onlar qızları satmaq üçün Suriyaya aparırdılar", - bizim qəhrəmanımız başına gələn hekayəti danışarkən göz yaşlarına hakim ola bilmirdi: "Bizi Suriyaya satmağa gətirmişdilər. Təxminən beş gün məni iki bacımla birlikdə saxladılar. Sonra bacılarımdan biri satıldı. Onu Mosula geri apardılar, mənsə Suriyada qaldım".Rakka şəhərində bizim qəhrəmanımızı böyük məbləğdə pul müqabilində bir fələstinliyə zorla ərə verirlər. O, yaşlı ərinin evində işləyən qulluqçudan aldığı tapança ilə onu qətlə yetirir və evdən qaçır. Amma gedəcək bir yeri olmadığından satılmazdan əvvəl İŞİD yaraqlılarının saxladığı evə dönmək məcburiyyətində qalır.Onu bir az əvvəl fələstinli kişiyə satan İŞİD əsgərləri qızı tanımırlar və bu dəfə onu Səudiyyə Ərəbistanından olan bir döyüşçüyə 1000 dollar (£ 620) pul müqabilində təkrar zorla ərə verirlər.Qız əlavə edir: "Məni alan əsgər adımı dəyişib "Aber" qoymaq istəyirdi ki, hətta doğma anam belə məni heç vaxt tanıya bilməsin. Mənə deyirdi ki, sən islamı qəbul edəcəksən və yalnız bundan sonra mən səninlə evlənəcəm. Amma mən inancımı dəyişməkdən imtina etdim və buna görə də qaçdım".Qız ikinci qaçışını belə anladır: "Mən tozaoxşar dərmanı öz gələcək ərimin və onun tanışlarının çayına səpdim, onlar yuxuya getdilər. Bu isə mənə evi tərk etməyə imkan verdi".İkinci qaçışı zamanı onun bəxti gətirir. Qız onu Türkiyəyə aparacaq və orada öz qohumları ilə görüşməsinə yardım edəcək bir nəfərlə tanış olur. Qardaşı 15 yaşlı bacısını qurtaran qaçaqmalçıya 2000 dollar pul ödəməli olur.Türkiyəyə, yaxın qohumlarının yanına gəlib çıxan yezidi qız əslində evlərinə dönmək istəyir. Təhlükələrdən canını qurtara bilsə də, bundan sonrakı həyatının elə də asan keçməyəcəyini bilir.www.dailymail.co.uk/news/article-2789316/captured-isis-sold-slavery-15-year-old-yazidi-girl-tells-horrific-ordeal-hands-jihadists-escaping-turkey.html?ito=social-facebookTərcümə: Ramil Rahiboğlu
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !