İŞİD-in son videosu Fransanı yenidən narahat etdi - FOTO

12:20 | 06.02.2015
İŞİD-in son videosu Fransanı yenidən narahat etdi - FOTO

İŞİD-in son videosu Fransanı yenidən narahat etdi - FOTO

İŞİD-in yaydığı sonuncu videoda sağ tərəfdə görülən qadın terrorçunun Amedi Koulibalinin sevgilisi Həyat Boumeddina olduğu iddia edilir

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Parisdə baş vermiş sonuncu terror aktlarının təşkilatçılarından biri Amedi Koulibalinin sevgilisi Həyat Boumeddinanin də onunla birgə təşkilatçı olduğu, amma onun Türkiyə üzərindən Suriyaya qaçdığı iddia edilmişdi.

İŞİD-in yaydığı "Fransada partlama -2" videosunda döyüş paltarında və sifəti örütülü qadının Həyat Boumeddina olduğu irəli sürülüb.

Videoda Fransada yaşayan müsəlmanlara mesaj olaraq ünvanlanıb. Terrorçular yeni-yeni terror aktlarını gerçəkləşdirəcəklərini vəd edərək deyirlər: "Fransada yaşayan müsəlman toplumu. Qardaşlarımız Şərif, Səid, Amedi terror aktlarını gerçəkləşdirərkən peyğəmbər həzrətlərimizin intiqamını aldılar, onun qururunu təmizlədilər".

ANN.Az

 
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM