İŞİD-in məşhur təbliğat hesabı kimi tanınan "Shami Witnessın" istifadəçisi ifşa olunub. Məşhur hesabın sahibi ifşa olduqdan sonra ortadan qeybə çəkilib və Hindistanda bir holdinqdə çalışdığı iddia edilib.
İŞİD-in sosial mediadakı dünya şöhrətli hesablarından biri olan "Shami Witness" "Channel 4" tərəfindən ifşa edilib. Hindistanda yaşadığı və bir şirkətdə rəhbər olduğu iddia edilən şəxs, ifşa olduqdan sonra hesabını bağlayıb.
İŞİD-in "Twitter"dəki ən populyar təbliğat hesabları arasında olan "Shami Witness"ın Hindistan Bangaloredan yazdığını ortaya çıxardan "Channel 4" Shaminin həqiqi adını Mehdi olduğunu bildirib. Kanal Mehdinin soyadını və kimlik bilgilərini "can təhlükəsizliyi" səbəbilə dərc etdirmədiyini açıqlayıb. İŞİD-in məşhur sosial media hesabının sahibinin Hindistanda bir holdinqdə çalışdığını bildirən "Channel 4" "Shami Witness"ə səbəb İŞİD-ə qoşulmadığını da soruşdu. "Ailəmə maddi olaraq baxmaq məcburiyyətindəyəm, yoxsa İŞİD-ə qoşulacağam", - deyən nəfər ifşa olduqdan sonra hesabını bağladı.
İnsanları hər şeyi arxada qoyaraq İŞİD adına döyüşmək üçün istiqamətləndirən adamın İŞİD-ə qoşulmağıma əsasının dolanışıq sıxıntısı olması diqqət çəkib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !