Tacikistan xaricdə döyüşən terrorçuları vətəndaşlıqdan məhrum edəcək
Bu ölkələrdən 386 nəfər gedib.
Tacikistan hökuməti terror təşkilatlarına daxil etmək məqsədi ilə ölkəni tərk edənləri vətəndaşlıqdan məhrum edəcək.
Oxu.Az "İnterfaks”a istinadən xəbər verir ki, bu müddəa, cümə günü iyun ayının 25-də qəbul edilmiş "Vətəndaşlıq haqqında” qanunun yeni redaksiyasının tərkibindədir.
İnsan haqları üzrə səlahiyyətli şəxs Zərif Alizoda izah edib ki, xaricdə terror təşkilatlarının tərkibində döyüşən respublika vətəndaşları "avtomatik” olaraq vətəndaşlıqdan məhrum olacaqlar.
Vətəndaşlığın "avtomatik” itirilməsinin nə demək olduğu və onun realizə mexanizmi dəqiqləşdirilməyib.
Yeni qanun həmçinin vətəndaşlığın "doğuşdan” alınmasını da nəzərdə tutur. Tacikistan ərazisində doğulan uşaq valideynlərinin vətəndaş mənsubiyyətindən asılı olmayaraq respublika vətəndaşı hesab ediləcək.
Xarici vətəndaşlar və ya vətəndaşlığı olmayanlar, vətəndaşlıq almaq istəyənlər dövlət (tacik) dilindən imtahan verməli olacaqlar, bu dil bilikləri "danışıq səviyyəsindən” aşağı olmamalıdır.
Tacikistan DİN məlumatına əsasən onların ölkəsindən 386 nəfər "İslam dövləti” (Rusiyada qadağan edilib) terror təşkilatının tərkibində döyüşməyə gediblər.
Mayın sonunda İD yeni üzvü, tacik OMON-nu polkovniki Gülmurad Halimov öz həmvətənlərinə videomüraciətlə səslənib. O bəyan edib ki, kişilərin rahat saqqal, qadınların isə hicab geyinə bilməyəcəyi bir ölkədə qalmaq istəmir və regionun digər sakinlərini də ondan nümunə götürməyə çağırıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !