ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, fotoşəkildə bir militan təxminən 3 metrlik snayper tüfəngini istifadə edir. Dünyanın ən mötəbər media qurumları tərəfindən "İŞİD-in yeni ölüm maşını" kimi adlandırılan nəhəng tüfəngin təxminən 3 metrlik olduğu və 23 kalibrli güllələr ata bildiyi iddia olunur.
Silah mütəxəssisləri silahın istifadəsi haqqında yalnız fotoşəkildən əks olunanlara əsasən bir məlumat verməyin çətin olduğunu deyiblər. Amma bu diametrdə güllələrin yüngül silahlı hərbi texnikaları vurmaqda istifadə olunduğunu bildiriblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !