• $ 1.7
  • € 1.7844
  • ₽ 1.8611
  • ₺ 0.047
  • £ 2.1414

İŞİD-in zorladığı qızlar kütləvi şəkildə intihar edir

İŞİD-in zorladığı qızlar kütləvi şəkildə intihar edir
20.08.2014 22:25

Qızlar özlərini qayadan ataraq öldürüblər.

İraqda İŞİD yaraqlıları yezidi kürdlərə divan tutmaqda davam edir.

Virtualaz.org xəbər verir ki, İŞİD başkəsənlərinin əlindən xilas olmağa imkan tapan və İraqın şimalında peşmərgələrin nəzarətində olan ərazilərə sığınan yezid qaçqınları dəhşətli hadisələr danışırlar.

Bölgədən yayımlanan kürd telekanalı “Rudaw” bildirir ki, İŞİD yaraqlıları yezidi kürdlər yaşayan kəndlərdən azı 1500 qadın və qızı qul kimi əsir alıblar. İŞİD komandirləri yaraqlılara əmr edib ki, əsir qadınlar və qızlar kütləvi şəkildə zorlansın. Zorlanaraq hamilə buraxılan və geri qaytarılan yezidi qızlar isə kütləvi şəkildə intihar edir.

Yezid qadınlardan biri telekanalın əməkdaşına İŞİD yaraqlılarının zorladığı qızların digər qaçqınlara onları öldürmək üçün yalvardıqlarını danışıb. Qaçqınlar bunu etməyəndə həmin qızlar özlərini qayadan ataraq öldürüblər.

Şahidlər deyirlər ki, İŞİD ələ keçirdiyi kəndlərdə İslam dinini qəbul etməyən bütün kişiləri öldürür, qadınları isə qul kimi əsir götürür.

Yezidlər etnik kürdlər olsalar da onlar qapalı icma şəklində yaşadıqlarından ərəblərlə qarışmayıblar və öz xarakterik irqlərini saxlayıblar. Yezidi kürdləri açıq rəngli saçları və mavi gözləri ilə tanınır.

Kürd fəallarından biri deyir ki, İŞİD yaraqlıları yezid qadınları kütləvi zorlamaqla onlardan uşaq dünyaya gətirmək, beləliklə də yezidlərin soykökünü kəsmək məqsədi güdür.

“İŞİD Sincar qəsəbəsində 300-dən çox yezidi qadını əsir götürüb və onları cihadçılara paylayıb. Tapşırılıb ki, bu qadınlardan müsəlman uşaqlar dünyaya gətirsinlər. Məqsəd yezid tipini məhv etməkdir” - deyə mənbə bildirib.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Çilidə 5,7 bal gücündə zəlzələ baş verib
Dünya 23:30
Çilidə 5,7 bal gücündə zəlzələ baş verib
İstanbul hava limanında uçuşlar ləğv edilib
Dünya 22:51
İstanbul hava limanında uçuşlar ləğv edilib
Aİ Ukraynaya 6 milyard avroluq yardım paketi hazırlayır
Dünya 22:42
Aİ Ukraynaya 6 milyard avroluq yardım paketi hazırlayır
ABŞ-nin xüsusi nümayəndəsi Kiyevə gedəcək
Dünya 22:01
ABŞ-nin xüsusi nümayəndəsi Kiyevə gedəcək
Tiran Xaçatryan azadlığa buraxılıb
Dünya 21:27
Tiran Xaçatryan azadlığa buraxılıb
Ərdoğan ilə NATO baş katibi arasında telefon danışığı olub
Dünya 21:00
Ərdoğan ilə NATO baş katibi arasında telefon danışığı olub
Ərdoğan: Türkiyə Rusiya-ABŞ danışıqları üçün ideal ev sahibi ola bilər
Dünya 19:56
Ərdoğan: Türkiyə Rusiya-ABŞ danışıqları üçün ideal ev sahibi ola bilər
Türkiyə və Ukrayna liderləri görüşüb
Dünya 19:50
Türkiyə və Ukrayna liderləri görüşüb
Ər-Riyadda Rusiya-ABŞ danışıqları başa çatıb - Yenilənib
Siyasət 18:50
Ər-Riyadda Rusiya-ABŞ danışıqları başa çatıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol