İŞİD Mosulda subay liseyli qız tələbələrin evlərini təsbit edərək "cihad nigahı" adı altında müvəqqəti birlikdəliyə məcbur edir.
ANN.Az xəbər verir ki, kürd xəbər telekanalı "Rûdaw" bununla bağlı süjet hazırlayıb. Bölgədə 2011-ci ildən başlayaraq terrorçuların "Cihad nigahı" adı altında qadınların kütləvi zorlanması hadisəsi üzə çıxıb. Radikal qruplaşma üzvləri qızları zorla ailələrindən alaraq saxta nigahla arvad edir. Bir müddət sonra isə onları ya atır, ya da bazara çıxarıb qul kimi satırlar.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !