İraq Ordusunun generallarından biri Nacim Abdulla Sudan paytaxt Bağdad yaxınlığında İraq Şam İslam Dövləti ilə gedən döyüşlərdə ölüb.
ANS PRESS-in məlumatına görə, bu barədə İraq Ordusunun generalı Kissam Att məlumat yayıb.
Onun sözlərinə görə, İraq Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandiri Abdulla Sudan artilleriya atəşi nəticəsində həlak olub.
Qeyd edək ki, İraqda İŞİD-lə ordu qüvvələrini arasında qızğın döyüşlər gedir. Rusiyadan qırıcılar sifariş edən İraq ordusu artıq bir neçə şəhəri geri qaytarıb. Son vaxtlar isə İŞİD-ə Suriyada döyüşən “Əl Nusra” terror qruplaşmasıəndan da dəstək gəlib. İŞİD İraqın Suriya və İordaniya ilə sərhəd şəhər və rayonlarını ələ keçirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !