İŞİD İraqda 35 ailəni girov götürüb

22:32 | 21.07.2015
İŞİD İraqda 35 ailəni girov götürüb

İŞİD İraqda 35 ailəni girov götürüb

Terror təşkilatı İraq-Şam İslam Dövləti (İŞİD) İraqın şimalında bu ölkədən qaçqın olan 35 ailəni girov götürüb.
 
Modern.az bildirir ki, bu haqda İranın "TressTV” televiziya kanalı məlumat yayıb: "İŞİD terrorçuları dörd aydan sonra doğma şəhərləri Tikritə qayıdan 30-dan çox ailəni oğurlayıblar”.

Yerli polisdən verilən məlumata görə, oğurlanan ailələr arasında qadınlar, uşaqlar və qocalar da var. Onlar iyulun 20-də axşam Kərkük əyalətinin Xavidja şəhərindən gedərkən ekstremistlərin əlinə keçiblər. Girov götürülən insanlar dağlıq Xamrin rayonuna aparılıblar, taleləri barədə heç bir məlumat yoxdur.   

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM