Pentaqon "İraq Şam İslam Dövləti" (İŞİD) ərazi itkiləri barədə hesabat hazırlayıb.
ANS PRESS-in məlumatına görə, Amerika Müdafiə Nazirliyinin saytında dərc edilmiş infoqrafikaya əsasən, ötən ilin avqustundan ötən 8 ay ərzində İŞİD İraqda 13 min kvadrat kilometr ərazidən 17 min kvadrat kilometrədək ərazi itirib.
Suriyada qruplaşmanın təsiri də praktik olaraq dəyişməyib: İŞİD Es-Suveyda şəhərində, Dəməşq, Homs əyalətlərində bəzi ərazilərə nəzarəti saxlasa da, Hələb və Xaseke regionlarından çıxarılıb.
Pentaqonun rəsmi nümayəndəsi Stiv Uorren bildirib ki, bir neçə aydır ABŞ-ın rəhbərlik etdiyi koalisiya İŞİD-ə hava zərbələri endirir, İraq qüvvələri isə quru əməliyyatları həyata keçirir. İŞİD tutduğu ərazinin ön cəbhəsində cənuba və qərbə doğru geri oturdulur.
O, "İŞİD-la müharibədə dönüş anı baş veribmi" sualına cavabında deyib: "Hələ bu barədə danışmaq tezdir."
Xatırladaq ki, İŞİD 2014-cü ildə Suriyanın və İraqın bir hissəsini tutub və bu ərazilərdə xəlifəliyini elan edən terror qruplaşmasıdır. Onun fəaliyyəti Rusiyada qadağan olunub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !