İŞİD jurnalisti atası ilə birlikdə edam edib

10:30 | 06.09.2015
İŞİD jurnalisti atası ilə birlikdə edam edib

İŞİD jurnalisti atası ilə birlikdə edam edib

İŞİD terror qruplaşmasının silahlıları ötən Mosulda yerli qəzetin müxbiri İhlas əs Səatini və onun atasını edam ediblər.

ANN.Az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Əs-Sümariyyə telekanalına Naynava polisinin nümayəndəsi Məhəmməd əl Cəburi bildirib.
 
Onun sözlərinə görə, güllələnərək öldürülən jurnalist Naynava əyalətinin şurası tərəfindən dərc edilən və bölgədəki hadisələri işıqlandıran qəzetin müxbiri olub. Onun atası Naynava əyalətinin inzibati mərkəzi Mosul şəhərində həmin qəzetin yayılması ilə məşğul olub.   
 
İŞİD silahlıları onları fevralda həbs etmişdilər.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti