Terror qruplaşma xristian din xadimini Mosulda öldürüb
İŞİD terror qruplaşması 8 ay əvvəl qaçırdıqları xristian din xadimini edam edib. ANS PRESS-in məlumatına görə, keşiş Pol Yaqub İraqın şimalında öldürülüb.
Qətl uzun müddətdir radikal islamçıların nəzarətində olan Mosul şəhərinin Naynav əyalətinin administrasiyasının binasında həyata keçirilib.
Pol Yaqub adlı keşişin taleyindən uzun müddət idi xəbər yox idi.
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya 2014-cü ilin avqustundan İŞİD-in İraq və Suriyadakı mövqelərinə aviazərbələr endirir. Hava reydlərində Qərb dövlətləri ilə yanaşı, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və Bəhreyn təyyarələri də iştirak edir. Lakin hələlik bu birliyin ekstremistlərə hücumu böyük çətinliklə alınır.
Terrorçuların qeyri-qanuni qurduğu "İraq Şam İslam Dövləti" 2014-cü ilin iyul ayından Suriya və İraqda yerli əhaliyə qarşı terror hərəkətləri həyata keçirərək geniş əraziləri nəzarətə götürüb. Radikal qruplaşmanın təzyiqinə məruz qalanlar arasında kürdlər və xaçpərəstlər üstünlük təşkil edir.
Təkcə 2014-cü ildə yüz minlərlə xaçpərəst öz evini tərk etmək məcburiyyətində qalıb. Onların çoxu İraq Kürdüstanında sığınacaq tapıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !