İŞİD yaraqlıları Suriyanın Kobani şəhərindən geri çəkilməyə başlayıb. AzNews.az xəbər verir ki, 150 kürd peşmərgə ilə Azad Suriya Ordusunun 200 yaraqlısının YPG-yə dəstək verməsindən sonra Kobaniyə nəzarət kürdlərin əlinə keçib.Artıq Kobani şəhərində İŞİD yaraqlılarının küçə-küçə geri oturdulduğu deyilir. Hətta, Kobaninin ətrafında olan 10 kənddən də terror qrupunun üzvlərinin kənara çıxdığı bildirilir. Uzun müddətdir ki, Kobanini ələ keçirmək üçün davamlı hücumlar edən İŞİD-in mövqeləri dünən gecə ABŞ-ın liderliyində olan koalisiyanın döyüş təyyarələri tərəfindən vurulub.Bu zaman ən azından 24 İŞİD üzvünün öldürüldüyü, çox sayda cihadçının isə yaralandığını açıqlanıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !