Çeçen komandiri Gürcüstanda yaşayan atası Timur Batıraşviliyə mesaj göndərib.
Bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, Şişani mesajında "İraq və Suriyada məqsədimizə çatdıqdan sonra sıradakı hədəf Rusiya olacaq. Ata kədərlənmə, gələcəm və Ruslara günlərini göstərəcəm. Əmrimdə minlərlə adam var. Bunlara yeniləri də əlavə olunacaq. Ruslardan intiqamımızı alacağıq" deyə bildirib.
Digər tərəfdən ABŞ qüvvələri Suriyada İŞİD-ə qarşı hava əməliyyatlarını davam etdirir. Oktyabrın 10-da həyata keçirilən əməliyyat nəticəsində İŞİD-ə aid olan 9 hədəf vurulub. Nəticədə 33 İŞİD üzvü öldürülüb.
Bizimyol.info
Bizi sosial şəbəkələrdə izləyin !