Suriyanın Kobani şəhərində İŞİD terror qruplaşmasının komandirlərindən birinin öldürüüldüyü xəbəri yayılıb.
Kobanidə bu gün günorta saatlarından sonra İŞİD-lə Peşmərgə kürd qüvvələri arasında döyüşlər daha da şiddətlənib.
Belə ki, İŞİD kürdləri ətrafdan təcrid etmək üçün Mürşitpınar sərhəd qapısını top atəşinə tutub. Lakin kürd silahlılar da irəliləyərək İŞİD-dən bir bölgəni geri ala biliblər. Şiddətli döyüşlər zamanı koalisiya qqüvvələri də İŞİD-in mövqelərini havadan bombalayıb.
Bombardman zamanı İŞİD-in aparıcı komandirlərindən biri Məhəmməd Casemin öldüyü bildirilir. Komandirin ölüm xəbərini Suriya Haqları Müşahidəsi yayıb.
ANS PRESS
Bizi sosial şəbəkələrdə izləyin !