Kobanidə İŞİD-ə qarşı döyüşən könüllülərdən Nəsrin Abdi İngiltərənin "Daily Mail" qəzetinə müsahibə verib.
ANN.Az-ın verdiyi xəbərə görə, Tibb ixtisası üzrə təhsil alan 20 yaşlı tələbə Nəsrin Abdini qəzet belə təqdim edib: "Xoşbəxt, yaxşı təhsilli, həyat dolu, mehriban gənc qadın" Valideyni də həkim olan Abdi İŞİD tərəfindən qaçıralacaqları təqdirdə başlarına nələrin gələcəkləri haqqında danışıb. "Hər kəs İŞİD-in bizi tutduğu təqdirdə başına nə gələcəyini bilir. Tutulana təcavüz ediləcək, başı kəsiləcək. Hamımız amerikalı və ingilis jurnalistlərin çöldə başlarının kəsildiyi videoları izlədik. Əgər tutulsaq, eyni şey bizim də başımıza gələcək".
Abdi silahını hər zaman yanında saxladığını bildirib. "Kalaşnikov gəzdirirəm. İŞİD məni küncə sıxsa, nə edəcəyimi bilirəm. Ya İŞİD döyüşçüsünü öldürəcəm, ya da özümü"
Abdi müsahibəsində qadınların İŞİD-ə qarşı mübarizə aparmasının zəruri olduğunu bildirib. O, bunu azadlıqlarını qorumaq üçün yeganə yol olduğunu deyib.
ANN.Az