İŞİD-lə mübarizədə qadınların vacib rol oynadığı barədə xəbərləri mətbuat tez-tez yazır. CNN terrorçularla müharibədə qadınların ön cəbhədə yer almasının səbəblərini araşdırıb.
ANN.Az-ın verdiyi xəbərə görə, bu barədə Frida Ghitis məqalə qələmə alıb.
Qadınların daha çox itirəcək şeyi var
Müəllif terrorçuların qadınları qula çevirdiyini, qaçırdığını və müharibə qəniməti hesab etdiyini vurğulayır, buna görə də qadınlar İŞİD təhlükəsinə qarşı təşkilatlanırlar, bu da dünya ictimaiyyətinin diqqətini problemə yönəldir. "İŞİD hakimiyyətə gələrsə, qadınların daha çox itirəsi şeyi var", - məqalədə deyilir. İŞİD-ə qarşı döyüşən kürd döyüşçülərin üçdə biri qadınlardır, buna görə də müharibəyə qatılmaq istəyən qadınlar daha da motivasiya yığırlar.
Qadınlar İŞİD-ə qarşı təşkilatlanır
İŞİD-ə qarşı Kobanidə döyüşən YPG-lilərin iki lideri var, onlardan biri Narin Afrin ləqəbli Mayssa Abdodur. YPG-lilərin 35 faizi də qadındı. Türkiyə vətəndaşı olan çox sayda qadın Suriyada İŞİD-ə qarşı döyüşən yoldaşlarına kömək olmaq üçün səfərbər olunublar.
Məqalə müəllifi İŞİD-in nəzarətində olan Mosul şəhərində qadınlar terrorçuların zorakı hakimiyyətinə qarşı təşkilatlandığını bildirir. Qadın haqları müdafiəçisi Sumeya Salih al-Nuaimy İŞİD-in törətdiyi vəhşilikləri sosial şəbəkələrdə qınayandan sonra həbs edilib, işgəncəyə məruz qalıb, sonra da edam edilib. İŞİD-ə qarşı növbəti dirəniş terrorçuların "üzünüzü bağlayın" əmrinə tabe olmayan qadın həkimlər tərəfindən olub. Aksiya keçirən qadınlardan ən azı biri edam edilib.
İŞİD-in nəzarəti altında olan bölgələrdə qatı geyim qaydaları tətbiq olunur, qadınlara yanlarında kişi yaxınları olmadan evdən çıxmaq qadağan edilib. Qaydaları pozanlar edama belə məruz qala bilirlər. Ghitis belə zorakı qaydalara məruz qalan qadınların əvvəllər müasir həyat tərzi yaşadıqlarını bildirir. Bu səbəblərdən qadınlar İŞİD-lə mübarizəyə daha çox qoşulurlar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !