• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021329
  • ₺ 0.0436
  • £ 2.2869

İŞİD lideri yaralandı: Bağdadi Suriyaya aparıldı

İŞİD lideri yaralandı: Bağdadi Suriyaya aparıldı
07.07.2014 15:20

Onun yerini deyənə 10 milyon dollar mükafat boyun olunub 

İraq Daxili İşlər Nazirliyinin mətbuat katibi general Saad Maan İŞİD lideri Əbubəkr əl-Bağdadiyə məxsus olduğu iddia edilən videogörüntülərin saxta olduğunu açıqlayıb. APA TV-nin məlumatına görə, general bildirib ki, əl-Bağdadinin Mosulda məsciddə çıxışının görüntüləri analiz olunub və kadrların başdan-ayağa montaj edildiyi aşkarlanıb. General Maan bildirib ki, İŞİD lideri İraq aviasiyasının son zərbələri zamanı ağır yaralanıb və silahlılar öz liderlərini müalicə üçün Suriyaya aparıblar. Bu açıqlamalar digər mənbələr tərəfindən hələlik təsdiqlənməyib.

Qeyd edək ki, İŞİD liderinin video görüntülərində əl-Bağdadi bütün müsəlmanların ona biət etməsini istəyir. Bu günə kimi İŞİD liderinin görüntüləri gizli saxlanıb, onun ABŞ Federal Təhlükəsizlik Bürosunda və İraq Daxili İşlər Nazirliyində cəmi iki fotosunun olduğu bildirilir. Əl-Bağdadi ABŞ tərəfindən axtarışa verilib, onun yerini deyənə 10 milyon dollar mükafat boyun olunub.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
İran və ABŞ arasında nüvə proqramı üzrə danışıqların beşinci raundu başlayıb
Dünya 16:12
İran və ABŞ arasında nüvə proqramı üzrə danışıqların beşinci raundu başlayıb
Tramp Apple-ı tariflərlə hədələyib
Dünya 16:11
Tramp Apple-ı tariflərlə hədələyib
ABŞ Harvard universitetinə xarici tələbə qəbulunu qadağan edib
Dünya 08:28
ABŞ Harvard universitetinə xarici tələbə qəbulunu qadağan edib
G7 Rusiyaya xəbərdarlıq edib
Dünya 08:01
G7 Rusiyaya xəbərdarlıq edib
Aİ Macarıstanın səsvermə hüququndan məhrum edə bilər
Dünya 07:54
Aİ Macarıstanın səsvermə hüququndan məhrum edə bilər
Finlandiya Rusiyanın hərbi fəallığı fonunda müdafiəsini gücləndirir
Dünya 07:49
Finlandiya Rusiyanın hərbi fəallığı fonunda müdafiəsini gücləndirir
İran nüvə şəffaflığını sanksiyaların ləğvi ilə şərtləndirib
Dünya 07:44
İran nüvə şəffaflığını sanksiyaların ləğvi ilə şərtləndirib
Harvarda beynəlxalq tələbələrin qəbulu qadağan edilib
Dünya 22:58
Harvarda beynəlxalq tələbələrin qəbulu qadağan edilib
Tramp və Netanyahu arasında telefon danışığı olun
Dünya 21:30
Tramp və Netanyahu arasında telefon danışığı olun
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol