İŞİD ölümcül xəstəliyin ağuşunda

19:07 | 09.04.2015
İŞİD ölümcül xəstəliyin ağuşunda

İŞİD ölümcül xəstəliyin ağuşunda

İŞİD terror təşkilatı son günlər böyük bir problemlə mübarizə aparır.

ANS PRESS-in məlumatına görə, terror təşkilatı üzvləri arasında yayılan dəri xəstəliyinin qarşısını ala bilmir. "Jerixo gülü" və ya "Layşmanya" (Şərq çibanı) olaraq adlanan dəri xəstəliyi İŞİD-in nəzarətində olan bölgələrdə sürətlə yayılmağa başlayıb. 

Peşəkar həkimlərin olmaması bu dəri xəstəliyinin fəsadlarını daha da artırıb. Ölümcül xəstəliyin yayılmasına bir digər əsas səbəb gigiyena qaydalarına riayət edilməməsidir. 
Bəzi İŞİD-çilər inanclarına zidd olduğu üçün həkim köməyindən imtina edirlər. 

İndiyə qədər 100 mindən çox adama şərq çibanı diaqnozu qoyulduğu iddia edilir. 

Yayılan məlumatlara görə, İŞİD bölgəni həddən artıq çirkləndirdiyi üçün xəstəlik daha böyük problemlərə gətirib çıxara bilər. Hətta bu xəstəliyinin Suriya xalqı üçün də böyük bir təhdid yaradacağı ehtimal edilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti