İŞİD-in neft gəlirləri 800 milyon dollara çatıb.
ABŞ-ın mərkəzi beynəlxalq enerji konsaltinq şirkəti olan "İHS"nin hesabatına görə, İŞİD-in neft istehsalından əldə etdiyi illik gəlir 800 milyon dollara çatıb.
ANN.Az türk mediasına istinadən xəbər verir ki, "İHS"nin bugünlərdə dərc etdiyi hesabatda İŞİD-in İraq və Suriyada qeyri-qanuni yollarla reallaşdırdığı neft və neft məhsulları satışlarından əldə etdiyi gündəlik gəlirin 2 milyon dollar təşkil etdiyi bildirilir. Bu isə illik 800 milyon dollar deməkdir. İŞİD hasil etdiyi neftin barrelini 25-60 dollar arasında satır.
İŞİD-in İraq və Suriyada nəzarət etdiyi bölgədəki neft istehsal tutumu gündəlik 350 min barrel olmasına baxmayaraq, texniki çatışmazlıqdan dolayı istehsal gündəlik 50-60 min barrellə məhdudlaşdırılır. İŞİD-in neft gəlirləri ilə bağlı açıqlanan hesabatda "Neft İŞİD-in döyüş maşınlarını, xüsusilə hərəkatlarında döyüşmə imkanlarını əhəmiyyətli dərəcədə artıran hərbi vasitələrini də təmin edir. Neft gəlirləri İŞİD -in bütün fəaliyyətini şaxələndirir və bu da nefti satan, çatdıran və ixrac edən vasitəçilərə əlavə cəsarət verir" - hesabatda qeyd olunub.
ANN.Az