İŞİD Misirin döyüş gəmisi qaçırtdı

14:54 | 03.12.2014
İŞİD Misirin döyüş gəmisi qaçırtdı

İŞİD Misirin döyüş gəmisi qaçırtdı

İraq Şam İslam Dövləti lideri Əbubəkr əl Bağdadiyə sadiqlik andı içən Sina Yarımadasındakı terrorist qruplardan "Ənsar Beyt əl Makdis"in Aralıq dənizidəki İsrail hədəflərinə hücum təşkil etmək üçün Misir donanmasına aid bir döyüş gəmisini qaçırdığı iddia edildi.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, hadisə 12 noyabrda Misirin Dimyat Limanı sahillərində baş verib. İddiaya görə, donanma gəmisinin kapitanı limana gedərkən saxta qəza bəhanəsi ilə dayandırılıb. Gəmi komandirinin yerinə öz adamlarını keçirən terroristlər sahildən 70 kilometr aralıda 4 qayıqla gəmiyə hücum edib. İlk anda vəziyyəti anlamayan donanma vəzifəliləri "saxta kapitan" şəxsiyyətini açıqlanmasından sonra həyəcan siqnalı çalıb. Bölgədəki döyüş gəmiləri və vertolyotlar gəmiyə hücum edib, əməliyyat təşkil edilib. Qarşıdurma nəticəsində militanların qayıqları batırılıb, 32 terrorist ələ keçirilib. Gəmidəki 8 heyətin hələ də itkin olduğu, qarşıdurmada 5 əsgərin də yaralandığı bildirilir.

Adını gizli saxlayan Misir hərbi rəsmisi hadisə ilə əlaqədar olaraq İŞİD gəmi qaçırarkən onlara xarici bir ölkədən yardım almış ola biləcəyini deyib.

Onların gəmi ilə İsrailin Kipr yaxınlığındakı Tamar və Leviathan təbii qaz sahələrində olan axtarış platforması və döyüş gəmilərinə hücum etmək istədiyi deyilir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti