Terror təşkilatı İraq-Şam İslam Dövləti (İŞİD) İraqın Mosul şəhərini keçən ilin iyun ayında işğal etdikdən sonra indiyədək ən azı 40 jurnalisti öldürüb, yaxud ölənə qədər ızab-əziyyət verib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, belə bəyanatla avqustun 23-də İraqın azad mətbuat uğrunda təşkilatı çıxış edib.
Açıqlamada qeyd edilir ki, ölkənin ikinci böyük şəhəri hesab olunan Mosulda jurnalistlər şəhərin Bab-ət-Tub rayonundakı ən böyük meydanda camaatın gözü qarşısında öldürülüblər.
Bu siyahıdakı sonuncu jurnalist Yəhya əl-Hətib olub. Terrorçular onu on gün əvvəl evində ələ keçirərək adıçəkilən meydanda bir həftə sonra öldürüblər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !