ABŞ-ın "Vox" internet saytı İraq Şam İslam Dövlətinin nəzarətində olan Mosulda həyat şəraitindən bəhs edən məqalə dərc edilib. "İŞİD-in nəzarət etdiyi həyat necədir" adlı məqalədə şəhərdəki həyat "kabus" kimi qiymətləndirilib.
ANN.Az-ın verdiyi xəbərə görə, məqalədə bildirilir ki, şəhərdə su ancaq iki saat verilir. yazısında Mosuldakı real vəziyyət əks olunur.
"Mosul Eye" adlı bloqda İŞİD-in nəzarəti altında olan həyat belə təsvir edilir: "Kənddə elektrik enerjisi tamamilə kəsilib... Neft məhsullarının qiyməti artmaqda davam edir, işsizlik həddindən artıq yüksəkdir. İŞİD hərbçiləri tibbi vasitələri yaralanan hərbiçilərini sağaltmaq məqsədi ilə istifadə etdiyi üçün xəstəxanalarda dərman çatışmazlığı var. İŞİD-in nəzarət etdiyi ərazilərdəki xəstəxanalarda dərmanlar və digər tibbi məhsullar kifayət qədər olduğu halda, dövlət xəstəxanlarında məhsul çatışmazlığı vardır.
Mosulun bütöv ərazisində su cəmi iki saat verilir. Verilən su saxlamaq üçün kifayət etmir. Su maşınlarla 200 min dinara satılır. Halbuki, daha əvvəllər 50 mini keçmirdi.
ANN.Az