İŞİD onlara 24 saat vaxt verdi

10:18 | 28.01.2015
İŞİD onlara 24 saat vaxt verdi

İŞİD onlara 24 saat vaxt verdi

Terror təşkilatı İŞİD yeni video yayımlayıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, videoda əsir düşən yapon Kenji Goto Jogo və iordaniyalı pilot Muaz el Kesasbe üçün 24 saat ərzində öldürülməsi xəbərdarlığı yer alıb. Videoda yapon əsir əlində digər əsir pilotun şəklini tutaraq danışır. O, yapon hökumətinə və xalqa üz tutaraq "Bu mənim son mesajım. Mənə mənim azadlığım müqabilində yalnız İordaniya hökumətinin mane olduğu deyildi. Çox az zaman qalıb. Yapon hökuməti bütün siyasi basqınını İordaniya hökumətinə qarşı istifadə eləsin. Məni Sajıda ilə dəyişdirməyə razıdırlar. O, 10 ildir ki, həbsxanadadır. Bu razılaşma gerçəkləşməsə, həm mənim, həm də pilotun ölümü demək olacaq. Bizə 24 saat verilib. Xahiş edirəm, bizi ölümə tərk etməyin. Hər hansı bir gecikmiş addım bizim ölümümüzə səbəb olacaq. İndi cavabdeh İordaniya hökumətidir".

İordaniyada həbsdə olan Sajida al-Rishawi kamikadzelərdən biridir və 2005-ci ildə İordaniyada terror aktı təşkil edən zaman həbs olunub.

İordaniyalı pilot Muaz el-Kesasibe Raqqa şəhərində əsir düşmüşdü.

ANN.Az
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM