İŞİD Palmirada arxeoloqun başını kəsib

15:04 | 19.08.2015
İŞİD Palmirada arxeoloqun başını kəsib

İŞİD Palmirada arxeoloqun başını kəsib

Suriya dövlətinin baş arxeoloqu Maamoun Abdulkarim bəyan edib ki, ailəsi 82 yaşlı Khaled Asaad-ın öldürüldüyünü təsdiq edib.

Özünü İslam Dövləti adlandıran təşkilatın döyüşçüləri Suriyanın qədim Palmira şəhərində antik dövrlər üzrə alimin başını kəsərək edam ediblər.

Suriyadan verilən rəsmi məlumatda bildirilir ki, cihadçılar arxeoloqun başsız cəsədini qədim şəhərin xarabalıqlarındakı sütunların birindən asıblar.

Suriya dövlətinin baş arxeoloqu Maamoun Abdulkarim bəyan edib ki, ailəsi 82 yaşlı Khaled Asaad-ın öldürüldüyünü təsdiq edib.

Alim 50 ildən artıq bir müddətdə Palmirada araşdırma işləri aparırdı.

İfrat radikal sünni islamçılar alimi bir ay bundan əvvəl yaxalamışdılar.

Asaad son bir neçə ildə Palmirada qazıntı aparan ABŞ, Fransa, Almaniya və İsveçrə arxeoloqları ilə işləyirdi.

Suriya hökuməti bildirib ki, Palmira cihadçıların əlinə keçməzdən əvvəl qiymətli tarixi əşyalar oradan çıxarılıb. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM