İŞİD Palmiranı işğal etdi

13:40 | 21.05.2015
İŞİD Palmiranı işğal etdi

İŞİD Palmiranı işğal etdi

İŞİD Nimruddan sonra Suriyada ikinci antik şəhərlərdən birini ələ keçirdib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İŞİD Palmira tarixi şəhərçiyinin yerləşdiyi Tedmur qəsəbəsinə qəsb edib və Əsəd əsgərləri bölgədən çıxarılıb. Eyni zamanda mülki əhali də bacardığı qədər tələm-tələsik qəsəbəni tərk etməyə başlayıb. 

Qeyd edək ki, 2 min illik yaşı olduğu ehtimal edilən Palmira uğrunda artıq bir həftədən artıq idi döyüşlər gedirdi. Dünya Mirası Siyahısına daxil olan Palmiradakı tarixi eksponatların, tikililərin darmadağın ediləcəyi, yerlə-yeksan olunacağı ehtimal edilir. Çünki indiyə qədər İŞİD işğal etdiyi bir çox tarixi yerləri - Mosulda, Nimrudda və s. şəhərlərdə antik eksponatları, tikililəri tamamilə yoxa çıxarıb. 

Suriya televiziyasınını yaydığı məlumata görə, Hizbullah döyüşçüləri də İŞİD-lə vuruşsa da, uğur qazana bilməyiblər. Hazırda Hizbullah əsgərləri yerli əhalinin sağ-salamat bölgədən çıxarılmasına yardım edir. 

Ötən bir həftə ərzində Palmiradakı daşına bilən heykəllərin, eksponatların təhlükəsiz yerdə gizlədildiyi deyilir. Tarixi Əsərlərin Qorunması İdarəsinin əməkdaşları bununla bağlı məlumat verib və onlar beynəlxalq ictimaiyyətdən tarixi şəhərin mühafizəsi üçün yardım istəyib.

 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM