Kürdlər döyüşlərdə ağır itkilər verməkdə davam edir
Peşmərgə kürd qüvvələri ilə İŞİD silahlıları arasında qarşıdurmalar yenidən şiddətlənib.
ANS TV-nin məlumatına görə, Suriya İnsan Haqları Monitorinq qrupundan bildiriblər ki, kürdlər döyüşlərdə ağır itkilər verməkdə davam edirlər. Kürdlərə dəstəyin olmaması onların vəziyyətini daha da çətinləşdirir. İŞİD qüvvələri isə, canlı qüvvə və texnika hesabına hər gün daha da güclənir.
Məlumata görə, İŞİD-çilər döyüşlərdə “T- 57” tipli tanklardan istifadə etməyə başlayıblar. Hazırda onlar Kobanini cənub, şərq və qərbdən mühasirəyə alıblar. Türkiyə ilə sərhədlərdə yaradıla biləcək humanitar dəhliz isə, hələlik rəsmi Ankara tərəfindən rədd edilir.
Amerika Birləşmiş Ştatlarının rəhbərliyi altında fəaliyyət göstərən anti-İŞİD koalisiyası İŞİD silahlılarının mövqelərinə aviazərbələr endirməyə davam edir. Son günlərdə aviazərbələrin sayı artırılsa da, kürdlər havadan endirilən zərbələrin təsirsiz olduğunu bildiriblər.
Bizi sosial şəbəkələrdə izləyin !