İŞİD peyğəmbərin türbəsini partlatdı - VİDEO

10:08 | 25.07.2014
İŞİD peyğəmbərin türbəsini partlatdı - VİDEO

İŞİD peyğəmbərin türbəsini partlatdı - VİDEO

Tarixi məkanı havaya uçurdular.10 iyundan bəri İraqın ikinci böyük şəhəri Mosulu ələ keçirən İŞİD terror təşkilatı yenə də dinc durmayıb. Mosul, Telafer və Kərkükdə İslam alimlərinə aid türbələri və şiə məscidlərini dinamit istifadə edərək partladan təşkilat bu dəfə Mosulda Yunus (ə.) peyğəmbər türbəsi kimi tanınan tarixi məkanı eyni üsulla havaya uçurub. Müsəlmanlar və xristianlar üçün də müqəddəs sayılan Yunus (ə.) peyğəmbər türbəsinin partladılması iraqlılar arasında kəskin reaksiya ilə qarşılanıb. Hicri-qəməri 134-cü ildə tikilən məscid hər il çox sayda yerli və xarici turist tərəfindən ziyarət edilirdi. Hətta türk zəvvarlar müqəddəs torpaqlara Həccə gedərkən buranı ziyarət etməyi həcc ziyarətində tamamlayıcı bir ibadət olaraq görürdülər.

Qeyd edək ki, daha öncə türbədə olan qəbirlərin gürzlə dağıdılması videosu yayılmışdı.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM