İŞİD Putini yeni terrorla hədələyib: daha bir qətliam gözləyin!

12:47 | 26.03.2024
İŞİD Putini yeni terrorla hədələyib: daha bir qətliam gözləyin!

İŞİD Putini yeni terrorla hədələyib: daha bir qətliam gözləyin!

Martın 22-də "Crocus City Hall”da törədilən terror aktını öz üzərinə götürmüş İŞİD terror təşkilatı Rusiya prezidenti Vladimir Putini hədələyib.Bu barədə Türkiyənin "Hürriyet” qəzeti xəbər verib.

Təhdid mesajında ​​"Bəli! Çox ağır, ölümcül, qanlı, yandırıcı və sarsıdıcı zərbələr olacaq. İnşallah, bir qətliam gözləyirik. Çox tezliklə!" ifadə edilib.

Amerikanın "Newsweek” nəşri bu mesajı oxucularına "İŞİD-dən Putinə yeni təhdid” başlığı ilə təqdim edib.

İngiltərənin "Daily Mail” qəzeti məlumatı "İŞİD Putini və rusları qətl etməklə hədələyir” başlığı ilə yayıb.

Böyük Britaniyanın "Mirror” nəşri bildirib ki, "İŞİD Putini "qanlı intiqam” almaqla hədələdi”.

Başqa bir ingilis qəzeti "Daily Star” isə "İŞİD Putinə "qırğın gözləyin!" söylədi" yazıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM