İŞİD qadınlardan niyə qorxur?

01:40 | 20.08.2014
İŞİD qadınlardan niyə qorxur?

İŞİD qadınlardan niyə qorxur?

Axar.az xəbər verir ki, qadınlar tərəfindən öldürülməkdən qorxan terrorçular belə olduğu halda şəhid olub cənnətə getməyəcəklərini düşünürlər.

“Vall Strit Jurnal”-a danışan kürd döyüşçü İŞİD terrorçlarının “qadın” qorxusu barədə danışıb.

Onun sözlərinə görə, terrorçular ən çox qadın döyüşçülərdən qorxurlar. Onların fikrincə, əgər qadın döyüşçülər onları öldürərsə onların cənnətə düşmək ehtimalı yoxdur.

Xatırladaq ki, ABŞ və İraq ordusunun son günlərdə Ərbil və Sincar əyalətlərinə irimiqyaslı hərbi əməliyyatlara başlamasından sonra əməliyyatlara qatılan kürdlər arasında xeyli qadının olduğu bildirilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM