Döyüşlərdə 9 İŞİD silahlısı məhv edilib, digərləri isə qaçıb
Kobanidə Peşmərgə və YPG qüvvələri ilə çarpışan İŞİD terrorçuları artıq döyüşlərə tab gətirə bilmir.
ANS PRESS-in məlumatına görə, ABŞ-ın başçılıq etdiyi koalisiyanın havadan, kürd qüvvələrin isə qurudan hücumu nəticəsində bu gün Kobanidə İŞİD-in qaçmağa çalışdığı müşahidə olunub.
Peşmərgə qüvvələri, Xalq müdafiə qrupları (YPG) və Azad Suriya Ordusuna bağlı qrupların Kobanidə İŞİD-in zəbt etdiyi bir sıra binaları geri aldığı və avtomobilləri ələ keçirdiyi bildirilir. Ötən gün axşam saatlarında baş verən qarşıdurmada 9 İŞİD silahlısı məhv edilib, digərləri isə qaçmağa məcbur olub.
Ötən həftə ilə müqayisədə bölgədə döyüşlərin azaldığı, İŞİD-çilərin qarşıdurmalardan çəkindiyi, sadəcə minaatanlardan atəş açdığı vurğulanır.
ANN.Az