İslam Dövləti adlandırılan təşkilatın silahlıları Suriya ərazisindəki qədim Palmira xarabalıqlarında Baalşamin məbədini partladıblar.
İslam Dövləti adlandırılan təşkilatın silahlıları Suriya ərazisindəki qədim Palmira xarabalıqlarında Baalşamin məbədini partladıblar.
Bu barədə Suriyanın rəsmi mənbələri xəbər verib.
Suriya rəsmiləri bildiriblər ki, bəşəriyyət tarixinin incilərindən sayılan məbəd bazar günü dağıdılıb.
Həm də İŞİD kimi tanınan bu təşkilat İraq ərazisində də UNESCO-nun Dünya İrsi Siyahısına daxil abidələri dağıdıb.
Ötən ay ekstremistlər Palmiradakı abidələrin dağıdılmasını göstərən fotoları internetə buraxmışdılar.
Ötən həftə isə onlar Palmiranın baxıcısı olan 81 yaşlı arxeoloqu başını kəsərək edam etmişdilər.
Qrup həmçinin Palmira yaxınlığındakı iki müsəlman pirinin də dağıdıldığını xəbər verib.
İŞİD-in ideologiyasına görə müsəlman abidələri də bütpərəstliyin əlamətidir. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !