İŞİD terror qruplaşması İraq və Suriyaya ordu yeridilməsinə bəhanə yaratmaq üçün Qərb ölkələrində geniş miqyaslı terror aktları törədə bilər. Musavat.com-un məlumatına görə, bu barədə “Spiegel” nəşrinin Almaniya Kəşfiyyat Xidmətinə istinadən hazırladığı materialda bildirilir.
Nəşrin yazdığına görə, bu yolla terrorçular “islamçılarla davakar xaçpərəstlər” arasında son həlledici döyüşə nail olmaq istəyirlər. Hesabata əsasən, bu, İŞİD-dən ötrü dünyanın axırı haqda öncəgörmənin tərkib hissəsidir.
Xatırladaq ki, bu ilin sentyabrından etibarən İŞİD-çilər qruplaşma əleyhinə yaradılmış koalisiyaya daxil olan ölkələrə qarşı aktiv şəkildə terror aktları törətməyə çağırırlar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !