İŞİD qonşu ölkələrə gizli yolla benzin satmağa başladı - VİDEO

23:58 | 31.07.2014
İŞİD qonşu ölkələrə gizli yolla benzin satmağa başladı - VİDEO

İŞİD qonşu ölkələrə gizli yolla benzin satmağa başladı - VİDEO

Türkiyənin İŞİD və əl-Nüsar Cəbhəsi kimi terror təşkilatları ilə gizli danışıqlara gedərək, qeyri-leqal yolla İraq və Suriyadan neft idxal etməsi xəbərləri rəsmi Ankaranı narahat edib. APA TV-nin məlumatına görə, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bu iddiaları təkzib edib. Taner Yıldız bildirib ki, ölkəsinin İraqda İŞİD-in, Suriyada ilə əl-Nüsar Cəbhəsinin vasitəsilə neft idxal etməsi xəbəri yalandır. Nazir bildirib ki, bu iddiaları ortaya atanlar beynəlxalq aləmdə Türkiyənin nüfuzuna zərbə vurmaq istəyirlər. Onun sözlərinə görə, heç bir dövlət terror təşkilatları ilə biznes qurmaq səviyyəsinə enməz, ən azı Türkiyə belə addım atmaz. Qeyd edək ki, İraq və Suriyanın ən böyük neft emalı zavodları İŞİD terrorçularının nəzarətindədir. Suriyada döyüşən ən böyük silahlı qruplaşma olan əl-Nüsra Cəbhəsi isə Suriyanın digər neft emalı zavoduna nəzarət edir. Bu zavodların terrorçuların əlinə keçməsi bölgədə benzin qıtlığı yaradıb, bəzi mətbuat orqanları İŞİD və əl-Nüsra Cəbhəsinin benzinə artan tələbatı dəyərləndirdiyini, qeyri-leqal yolla Türkiyəyə ucuz benzin satdığını yazıblar.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb