İŞİD: "Barıt çəlləyi istənilən Qərb ölkəsində alışmağa hazırdır"

20:03 | 22.11.2014
İŞİD: "Barıt çəlləyi istənilən Qərb ölkəsində alışmağa hazırdır"

İŞİD: "Barıt çəlləyi istənilən Qərb ölkəsində alışmağa hazırdır"

İŞİD terror təşkilatı Qərbdə son vaxtlar törədilən bir neçə terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

ANN.Az Publika.az-a istinadən xəbər verir ki, terror təşkilatı konkret olaraq üç hadisədə iştirakını təsdiqləyib.

Bunlar 24 sentyabrda Melburnda iki polisin yaralanması ilə nəticələnən hücum, Ottavada 22 oktyabrda fəxri qarovul bölüyünün əsgərinin qətli və Nyu-Yorkda 23 oktyabrda polislərə hücumdur.

“Bütün hücumlar Şeyxin (terror təşkilatının sözçüsü Əbu Məhəmməd Əl-Adnani) çağırışların bilavasitə nəticəsi idi. Göstərdik ki, barıt çəlləyi istənilən Qərb ölkəsində alışmağa hazırdır. O, yalnız partlamaq üçün əlverişli anı gözləyir”, - İŞİD-in bəyanatından qeyd edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM