İŞİD seyid türbələrini havaya uçurdu

14:29 | 24.06.2015
İŞİD seyid türbələrini havaya uçurdu

İŞİD seyid türbələrini havaya uçurdu

Terrorçular yenə antik şəhər olan Palmirada mədəniyyət nümunələrini partladıblar.

İŞİD antik şəhəri yerlə-yeksan etdi. ANS PRESS-in məlumatına görə, Palmira tarixi türbələr havaya uçurulub. 
Suriya Müzeylər və tarixi əsərlər qurumunun baş katibi Maamun Abdulkərim AFP-ə açıqlamasında bu barədə məlumat verib. 

Onun sözlərinə görə, terrorçular adıçəkilən şəhərdə Məhəmməd peyğəmbərin (s.ə.s) soyundan gələn Məhəmməd Bin Əli və Nizar Əbu Bahaəddinə aid türbələri partladıblar. 

Bin Əli türbəsi Palmiranın 4 km şimalında, digəri isə antik şəhərin 0,5 km məsafəsində olub. 

Maamun Abdülkərimin sözlərinə görə, İŞİD Suriyanın şimal və şərqində bu günə kimi azı 50 antik məzarı dağıdıb. 
Bundan başqa qalan məzarlara da ziyarət yasağı qoyulub. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM