İŞİD türk əsirləri buraxdı

16:53 | 12.06.2014
İŞİD türk əsirləri buraxdı

İŞİD türk əsirləri buraxdı

İŞİD-in Türkiyənin Mosuldakı türk konsulluğuna basqın edib əsir götürdüyü Türkiyə vətəndaşlarını Mosul valisi təslim alıb. İŞİD-in valilik binasındakı əsirləri bir azdan Mosul valisinin evinə aparılacaq. Axşam saatlarında onların Türkiyəyə göndərilməsi gözlənilir.
 
Publika.az “YeniŞafak”a istinadən xəbər verir ki, İŞİD-in (İraq Şam İslam Dövləti) Mosuldakı Türkiyə Konsulluğuna basqın edərək əsir götürdüyü türkiyəli diplomatlar və onların ailələri bu gün Mosul valisinə təhvil verilib. Mosulda müvəqqəti hökumət qurduğunu elan edən İŞİD, konsul Öztürk Yılmaz da daxil olmaqla bütün əsirləri Mosul valisinə təhvil verib. Dünəndən valilik binasında saxlanılan türkiyəli əsirlər Mosul valisinin evinə aparılacaq və onun qonağı olacaqlar. Axşamadək diplomatlar və ailələrinin Türkiyəyə göndəriləcəyi bildirilir.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM