İŞİD Türkiyəni ABŞ-ın başçılığı ilə yaradılan koalisiyaya qoşulduğuna görə təhdid edib.
Axar.az xəbər verir ki, təşkilat bu açıqlamanı Tvitter hesabında yayıb: “Türkiyədə minlərlə dayağımız var. Türkiyə bunun hesabını çox pis verəcək”.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) ordunun Suriya və İraqda İŞİD-ə qarşı hərbi əməliyyatlara başlamasına razılıq verməsi İŞİD tərəfindən sərt şəkildə tənqid olunub.
Türkiyə xəritəsinin üzərində əl bombaları qoyularaq göstərilən təhdid mesajinda “Türkiyə bu döyüşdə İslam dövlətinin qarşısında olarsa fikirləşməsin ki, təhlükəsiz qalacaq”, - ifadələrinə yer verilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !