İŞİD terrorçuları Türkiyənin Şanlıurfa bölgəsinin Akçakale qəsəbəsinin qarşısında - Suriyanın Telabyad şəhərində hündürmərtəbəli binanın damında radioötürücü quraşdırıb.
"Report"un xəbərinə görə, bu barədə məlumatı Türkiyənin NTV telekanalı yayıb.
Xəbərdə bildirilib ki, həmin sistemi binanın üstündə 5 İŞİD terrorçusu quraşdırıb.
Məlumata görə, onlar orada yarım saat işləyiblər.
İŞİD silahlılarının gördükləri işi Türkiyə ərazisindən də müşahidə etmək mümkün olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !