İŞİD Türkiyə torpağını mühasirəyə aldı - 36 hərbçi təhlükədə

11:41 | 30.09.2014
İŞİD Türkiyə torpağını mühasirəyə aldı - 36 hərbçi təhlükədə

İŞİD Türkiyə torpağını mühasirəyə aldı - 36 hərbçi təhlükədə

ANN.Az-ın məlumatına görə, Türkiyənin sərhədlərindən kənarda yeganə ərazisi hesab olunan Suriyadakı Süleyman Şah Türbəsinin İŞİD silahlılarının mühasirəsinə düşməsi xəbəri yayılıb.

Türkiyənin "Yeni Şəfəq" qəzetinin yaydığı xəbərdə deyilir ki, türbədə 36 türk əsgəri var. Türbəni əhatəyə alan İŞİD döyüşçülərinin sayı bundan 30 dəfə çoxdur - 1100 silahlı.Xəbərdə deyilir ki, hazırda silahlılar türbəyə doğru irəliləyir və 36 türk əsgərinin girov götürüləcəyi qorxusu var. Bundan əlavə, İŞİD döyüşçüləri türbəyə gedən yeganə yolu - Caddə kəndini ələ keçirib və əlavə olaraq daha 420 silahlının bu əraziyə göndərildiyi deyilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM