İŞİD Türkmən kəndlərini ələ keçirdi

17:46 | 01.06.2015
İŞİD Türkmən kəndlərini ələ keçirdi

İŞİD Türkmən kəndlərini ələ keçirdi

Suriyadakı hücumlarını sürətləndirən İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması ölkənin şimalındakı Hələb və ətrafını hədəfə alıb.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, təşkilat bir çox Türkmən kəndini ələ keçirib. Hücum üzündən hər şeyi geridə buraxaraq qaçan türkmənlərin Türkiyəyə çatmağa çalışdıqları bildirilir.

Ötən həftənin şənbə gecəsi hücuma keçən İŞİD yaraqlıları ilə bölgədəki ÖSO üzvləri arasında şiddətli qarşıdurmalar yaşanıb. Bölgədəki yerli qaynaqlardan verilən məlumatlara görə, İŞİD Hələb ətrafında Soan Azaz qəsəbəsi və bir çox Türkmən kəndini ələ keçirib. Hücumda 10 adamın öldüyü, çox sayda türkmənin də yaralandığı iddia edilir.
İŞİD-in edamlarından çəkinən Türkmən vətəndaşlar hücum əsnasında evlərini və mallarını geridə buraxaraq ətrafdakı nisbətən etibarlı məskunlaşma vahidlərinə sığınır. Bəzi türkmənlərin də Türkiyəyə çatmaq üçün yollara düşdükləri deyilir.  

Suriyalı Türkmən fəallardan Tarık Sülo Qozçu hücumların davam etməsi halında Türkiyəyə istiqamətli bir köç dalğasının meydana gələ biləcəyini söyləyib. Onlarla Türkmən ailənin İŞİD işğalının genişlənməsi halında Türkiyəyə sığınmaq istəyəcəyi təxmin edilir.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM