İŞİD tərəfdarları sosial mediada "Twitter"ə hücum çağırışı ediblər. ANN.Az xarixi ölkə mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazıb. Həmin çağırışlarda "Twitter" qurucusunun ölümü də istənilib. Mesajlardan birində deyilir: "Bizə qarşı açdığınız virtual müharibə sizə gerçək müharibə olaraq geri dönəcək".
"Twitter" bu mesajlardan sonra rəsmi açıqlama yayıb ki, şirkətin təhlükəsizlik heyəti polislə birlikdə bu hədə-qorxu mesajlarını araşdırır.
Qeyd edək ki, son zamanlar "Twitter" də olmaqla digər sosial media qurumları İŞİD-in edam səhnələrini əks etdirən videoların yayımlanmasının qarşısını almış, həmin hesablar qapadılmışdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !