İŞİD vəhşiliyinin daha bir sübutu: Adamları diri-diri uçuruma atırlar

20:56 | 22.06.2015
İŞİD vəhşiliyinin daha bir sübutu: Adamları diri-diri uçuruma atırlar

İŞİD vəhşiliyinin daha bir sübutu: Adamları diri-diri uçuruma atırlar

İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının yüzlərlə adamı gözlərini bağlayaraq  diri-diri aşağı atdığı Tel Abyaddakı ölüm çuxuruna cəsəd qoxularından yaxınlaşmaq mümkün olmur. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, dibi görünməyən çuxurun yamacları insan ayaqqabıları və paltarları ilə doludur. Bir vadidə olan və kimsənin dibinə qədər enə bilmədiyi çuxurda neçə cəsəd olduğu məlum deyil, bölgədə səslərdən ürkərək yuxarıya doğru havalanan qırğılar uçur...

YPG-nin başlatdığı hərəkat İŞİD-in paytaxtı olaraq xarakterizə edilən Rakka bölgəsinə doğru genişlənir. Al Kantari bölgəsində yaşayanlar tərəfindən "ölüm uçurumu” kimi adlandırılan bölgə də YPG-nin nəzarətinə keçib. İŞİD-in sosial şəbəkədə yaydığı videolarında insanları tək-tək bu çuxura diri-diri atdığı görünürdü.. Bu dəhşət görüntülər dünyada böyük reaksiyaya səbəb olmuşdu.   

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM