İŞİD "Xəlifənin gənc aslanları" qrupunu yaratdı, 50 uşaq həlak oldu

19:10 | 16.07.2015
İŞİD

İŞİD "Xəlifənin gənc aslanları" qrupunu yaratdı, 50 uşaq həlak oldu

Terror təşkilatı İŞİD-in təlim keçdiyi və döyüş üçün cəbhəyə yolladığı 50 azyaşlının həlak olduğu deyilir.

ANN.Az xarici ölkı mediasına istinadən xəbər verir ki, bu barədə mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Müdafiə Təşkilatı məlumat yayıb. Qurumun məlumatında deyilir ki, İŞİD bu ilin yanvar ayından "Xəlifənin gənc aslanları" adlı proqramı həyata keçirməyə başlayıb. 

Proqrama 16 yaşdan balaca 1100 uşaq daxil edilib və onlara hərbi təlimlər keçirilir. Onlara yaxşı döyüşmək və dini dərslər keçirildikdən sonra ön cəbhəyə göndərilir.

Uşaq əsgərlərdən 31-i iyul ayı ərzində müxtəlif partlama, savaş və hava hücumları zamanı həyatını itirib, 18 nəfər uşaq isə canlı bomba kimi istifadə edilib.

Nyu Yorkda yerləşən İnsan Haqları Müşahidə Şurası (HRW) kürd əsgərləi ilə döyüş zamanı İŞİD-in uşaq döyüşçülərinə rast gəldiyinə dair öz hesabatlarında məlumat veriblər. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM