İŞİD xilafət elan etdi - FOTO

10:14 | 30.06.2014
İŞİD xilafət elan etdi - FOTO

İŞİD xilafət elan etdi - FOTO

İraq Şam İslam Dövləti (İŞİD) qruplaşması xəlifəlik elan edib. 
ANS PRESS-in xəbətrinə görə, bu barədə “AFP” məlumat yayıb. 
Məlumata görə, son günlər Mosulu işğal etdikdən sonra İraqın paytaxtı Bağdada doğru hərəkət edən, amma bura İraq ordusu və peşmərqələrin sərt müqviməti ilə qarşılaşan İŞİD qüvvələri audio müraciət yayıblar. 
Xilafət elan etdiklərini açılayan təşkilat üzvləri qruplaşmanın lideri olan şeyx Əbu Bəkr əl Bağdadinin də xəlifə olduğunu elan ediblər. 
İŞİD qüvvələri həmçinin İraqla Suriya sərhəddində olan divarı buldezerlə uçurub və “Sayks-Piko” müqaviləsinə əsasən çəkilmiş sərhəddin artıq qüvvədən düşdüyünü qeyd ediblər. 
Yaxın Şərqdə bütün siyasi tarazlıqları pozan İŞİD-çilər xilafətin elan olunmasından sonra işğal etdikləri şəhərlərdə maşınlarla gəzintiyə çıxıblar. 
Əl Bağdadinin xəlifə elan olunması mərasimi:
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb