İŞİD xofu: ABŞ təhlükəsizlik tədbirlərini artırdı - Video

19:41 | 03.07.2014
İŞİD xofu: ABŞ təhlükəsizlik tədbirlərini artırdı - Video

İŞİD xofu: ABŞ təhlükəsizlik tədbirlərini artırdı - Video

Avropadan Amerika Birləşmiş Dövlətlərinə birbaşa uçuşlarda təhlükəsizlik tədbirləri gücləndirilir.
 
Axar.az məlumat verir ki, Amerika təhlükəsizlik orqanları artan terror təhdidlərinə görə bir sıra əlavə təhlükəsizlik tədbirlərinin görüləcəyini bildirib. Tədbirlərin hansı şəhərlər və ya hava limanlarına aid olduğu haqqında heç bir məlumat olmasa da, bu tədbirlərin Avropa, Afrika və Yaxın Şərqə olan səfərlərə təsir edəcəyi gözlənilir.
 
Suriyada Avropa pasportu daşıyan cihadçı əsgərlərin Qərbdə fərqli məqsədlərlə terror aktı reallaşdırmaq ehtimalı Vaşinqton rəhbərliyini belə bir addım atmağa sövq edib. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti