İŞİD xristianları zorla müsəlmanlaşdırır - FOTOLAR

16:11 | 25.12.2014
İŞİD xristianları zorla müsəlmanlaşdırır - FOTOLAR

İŞİD xristianları zorla müsəlmanlaşdırır - FOTOLAR

İŞİD hakimiyyətini qurduğu ərazilərdə kilsələri işgəncə mərkəzlərinə çeivirir, xristianlara zor tətbiq etməklə onları müsəlman edir... və özünün terror missiyasını həyata keçirmək üçün kiləsələrdə topladağı qiymətli ikonları, əşyaları Qərb kolleksiyaçılarına satır. 

ANN.Az "Daily Mail"ə istinadən verdiyi xəbərə görə, İraqın Qaraqoş ərazisindəki kilsələrə hücumlar təşkil edən cihadçılar kilsələrəi işgəncə mərkəzlərinə çevirirlər, tutulan xristianlar zorla, işgəncələrlə İslamı qəbul etməyə məcbur edilirlər. 

"Jerusalem Post" qəzetinə müsahibə verən ekspert terror təşkilatının missiyasının xristianlığı yox etmək olduğunu bildirib: "Onlar məhz buna görə, uşaqlar da daxil olmaqla xristianları çarmıxa çəkirlər, kilsələri uçurdurlar, ikonaları satırlar. Həqiqət bundan ibarətdir ki, bu terror təşkilatı pul fondunu artırmaq və missiyasını həyata keçirmək üçün hər şey əl atacaq". 

"Christian Post"un məlumatına görə, Suriyadakı Nabaq şəhərindəki kilsələrdən ikonaları, əşyaları oğurlayıb satmaqla 23 milyon dollar əldə edib. 

ANN.Az
 




0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM