İŞİD yaraqlıları geyi damdan atdılar

17:54 | 27.07.2015
İŞİD yaraqlıları geyi damdan atdılar

İŞİD yaraqlıları geyi damdan atdılar

Edama yüzlərlə insan yığılıb.

"İslam dövləti” yaraqlıları Mosulda kişini homoseksualistlikdə ittiham edərək dördmərtəbəli evin damından atıblar.

Oxu.Az xəbər verir ki, bu barədə The Daily Express bildirib.

Edama yüzlərlə insan yığılıb, onların əksəriyyəti silahlı olub. Nəşr qeyd edib ki, edamda iştirak edənlərin arasında islamçılar kimi geyinmiş uşaqlar da olub.

Kişiyə ölüm cəzası verildiyini yaraqlılardan biri mikrofon ilə bildirib.

The Daily Express-in məlumatına görə, islamçıların homoseksualizmdə ittiham etmələri və buna görə adam öldürmələri birinci dəfə deyildi. Bu cür daha öncə dörd nəfər də qətlə yetirilmişdi.

İD yaraqlılarının nəzarəti altında olan ərazidə qüvvədə olan şəriət qanunlarına uyğun olaraq bu günah ən dəhşətli günahlardan sayılır və ölümlə cəzalanır.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM