İslam Dövləti silahlıları İraq yezidilərinin soyqırımını, digər azlıqlara qarşı hərbi cinayətlər və etnik təmizləmə törədib. Bunu ABŞ-da Holokost Memorial Muzeyi noyabrın 12-də bildirib.
2014-cü ilin iyun və avqust aylarında İD İraqın şimalındakı Nineveh vilayətində xristianlar, yezidilər, türkmənlər və digər azlıqlara qarşı vəhşiliklər həyata keçirib. Bu barədə muzeyin Qətliamların Əngəllənməsi üzrə Simon-Skjodt Mərkəzi hesabat açıqlayıb.
"İnanırıq ki, islam Dövləti yezidi xalqının soyqırımını həyata keçirir,” hesabatda deyilir.
Bu arada İraq kürdləri ABŞ hava qüvvələrinin dəstəyi ilə noyabrın 12-də İraqın şimalındakı Sincar yezidi şəhərinə hücuma başlayıb. İD həmin şəhəri ötən il ələ keçirib.
İD İraq və Suriyada böyük ərazi tutub və yezidilərin "şeytana sitayiş etdiklərini” bildirir. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !